EN

Hindistan təhlükəsizlik qüvvələri terrorçulara aid sığınacaq və partlayıcılar tapıblar

Hindistanın təhlükəsizlik qüvvələri Cammu və Kəşmir ştatının şimalındakı meşəlik ərazidə terrorçuların sığınacağı aşkarlayıb və beş əldəqayırma partlayıcı qurğu ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Sığınacaq Pahalqam terror hücumundan sonra gücləndirilmiş araşdırmalar çərçivəsində ordu və polisin birgə əməliyyatı zamanı aşkar edilib. Orada aşkar edilən, çəkisi 500 qramdan 5 kq-a qədər olan partlayıcılar istifadəyə hazır və qablaşdırılıb.

Bundan əlavə, mənbələrin məlumatına görə, sığınacaqda iki radiostansiya, bir beş litrlik qaz balonu, bir durbin və şəxsi əşyalar aşkar edilib.

Chosen
0
ucnoqta.az

1Sources