EN

Klubu ilə yenidən anlaşdı

Ueston Makkenni klubundan aldığı yeni təklifi qəbul edib.

“Yuventus” amerikalı futbolçusu ilə müqavilə müddətini uzadacaq. Turin klubu yarımmüdafiəçi ilə müqavilənin müddətini 2028-ci ilin yayına qədər artıracaq.

Uestonun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi. O, bu mövsüm “Yuventus”un heyətində 40 oyuna çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

1Sources