2025-ci ilin aprelində Azərbaycanda sosial media platformalarının istifadə nisbətlərində diqqətçəkən dəyişikliklər baş verib.
Nəhəng geriləyir: “Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı azalıb
FED.az xəbər verir ki, mart ayı ilə müqayisədə ən böyük sıçrayışı Facebook edib. Martda 22.09% istifadə payına sahib olan bu platforma, aprel ayında 45.53%-ə yüksəlib. 23.44 faiz bəndi artım göstərən Facebook, ölkədə sosial media istifadəsində lider mövqeyə keçib.
Digər tərəfdən, Instagram ciddi istifadəçi itkisi ilə üzləşib. Martda 39.29% ilə siyahının zirvəsində olan Instagram, apreldə 24.21%-ə enib. Bu da 15.08 faiz bəndi azalma deməkdir. Bu dəyişiklik Instagram-ın liderliyini Facebook-a ötürməsi ilə nəticələnib.
Platformalardan Pinterest-in də payı azalıb. Mart ayında 12.84% olan göstərici apreldə 9.99%-ə düşüb və bu da 2.85 faiz bəndi geriləmə ilə yadda qalıb. Oxşar hal YouTube üçün də keçərlidir. Martda 14.53% istifadə payına sahib olan YouTube, apreldə 9.81% göstərici ilə kifayətlənib və 4.72 faiz bəndi azalma qeydə alınıb.
Aprel ayında az da olsa artım müşahidə olunan platformalardan biri X (köhnə adı Twitter) olub. Martda 5.91% olan göstərici 6.44%-ə yüksəlib. Bu isə 0.53 faiz bəndi artım deməkdir.
Reddit istifadəçilərinin sayı isə azalıb. Mart ayında 2.96% olan istifadə payı apreldə 1.98%-ə enib və 0.98 faiz bəndi azalma ilə yadda qalıb.
Ümumi mənzərəyə baxdıqda, martla müqayisədə aprel ayında sosial media istifadəçilərinin prioritetlərinin dəyişdiyi açıq şəkildə görünür. Facebook-un payı iki dəfədən çox artaraq ilk sıraya yüksəlib, Instagram və YouTube isə əvvəlki güclü mövqelərini əhəmiyyətli dərəcədə itirib.