ABŞ prezidenti Donald Tramp Konstitusiyada təsbit olunmuş ədalətli mühakimə hüququnun yalnız vətəndaşlara, yoxsa vətəndaş olmayanlara da şamil edilməli olduğunu bilmədiyini qeyd edib.NBC telekanalına müsahibə verən Tramp məhkəmə prosesi və konstitusiyanın təqdim etdiyi təminatlar haqqında sualları cavablandırıb.Tramp seçicilərinin dəstəyinə arxayın olduğunu və vədlərindən dönməyəcəyini vurğulayıb.Konstitusiyanın 5-ci düzəlişində yer alan ədalətli mühakimə hüququnun kimləri əhatə etməsi ilə bağlı verilən suala Tramp, "Bilmirəm. Mən vəkil deyiləm" cavabını verib. Tramp məsələ ilə bağlı çox uğurlu vəkillərlə işlədiyini və onların Ali Məhkəmənin qərarlarına əməl edəcəklərini bildirib.“Biz dünyanın ən pis və ən təhlükəli insanlarını deportasiya etməyə çalışırıq, lakin məhkəmələr bizim yolumuza mane olur”, - deyə Tramp vurğulayıb.