EN

ABŞ prezidenti Putinlə söhbətin məzmununu gizli saxladı– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının detalları barədə "Wall Street Journal"a açıqlama verməkdən imtina edib. O, bu barədə "Vaxtımı boşa sərf etmək istəmirəm" deyib. Tramp, həmçinin, 13-16 may tarixlərində Səudiyyə Ərəbistanına səfəri zamanı Putinlə görüşüb-görüşməyəcəyini bilmədiyini deyib.

O, ötən həftə sonu Rusiya və Ukrayna ilə bağlı aparılan danışıqların "çox yaxşı" keçdiyini və tərəflər arasında hələ də "çoxlu nifrət" olduğunu qeyd edib. Tramp, ABŞ-ın bir tərəflə sülh danışıqlarında irəliləyiş əldə etdiyini və münaqişənin həlli üçün yaxşı imkanların olduğunu da bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources