EN

Bakı Xoreoqrafiya Akademiyası tərəfindən beynəlxalq elmi simpozium keçirilib

Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr olunmuş "Xoreoqrafiya sənətinin aktual problemləri" IV Beynəlxalq elmi simpoziumu keçirilib.

Simpoziumda BXA-nın rəhbərliyi və müəllimləri, akademiyanın ali və orta ixtisas təhsili pilləsinin tələbələri, Mədəniyyət Nazirliyinin nümayəndələri, elm adamları və digər qonaqlar iştirak ediblər. 

Hibrid formatında keçirilən beynəlxalq tədbirə Azərbaycan, Cənubi Koreya, Qırğızıstan, Rusiya, Türkiyə, Qazaxıstan və Omandan olan məruzəçilər qatılıblar. 

Tədbir çərçivəsində "Saray rəqslərinin tarixi və Azərbaycan kinosunda təcəssümü" (Azərbaycan), "Flüt Tınısı ve Armonik Seri: Akustik Analiz" (Cənubi Koreya),  "XX əsrin 70-ci illərində balet yaradıcılığının inkişafı" (Azərbaycan), "Дуэтно- классический танец: историческое наследие в памятниках изобразительного искусства XVIII века" (Qazaxıstan), "Üzeyir Hacıbəyli yaradıcılığında rəqs janrı"(Azərbaycan), "Bakışdan Günümüze Kırqız Dansı" (Qırğızıstan), "Fikrət Əmirovun yaradıcılığında musiqinin bədii məzmun məsələsi" (Oman), "Красная Жизель: Трагедия Ольги Спесивцевой" (Azərbaycan), "Azərbaycan bəstəkarlarının fortepiano əsərlərində rəqs elementləri" (Türkiyə),  "Etnik müxtəlifliyini əks etdirən İran xalq rəqsləri" (Azərbaycan), "Застывшие скульптуры в индийских классических танцах: перформанс мохиниаттама и одиши" (Rusiya)  və s. mövzular üzrə elmi çıxışlar dinlənilib.

Tədbirin sonunda isə məruzələrlə çıxış edən iştirakçılar Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Sertifikatlarla mükafatlandırılıblar.

Chosen
0
adalet.az

1Sources