EN

Nadim hava limanında uçuşlara məhdudiyyətlərqoyuldu

Rusiyanın şimalında yerləşən Yamalo-Nenets Muxtar Dairəsinin Nadim şəhərinin hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) mətbuat katibi Artem Korenyako özünün Teleqram kanalında yayıb.

Bakı vaxtı ilə 11:00-dan etibarən hava limanı uçuşları nə qəbul edir, nə də göndərir.

Məhdudiyyətin tətbiq olunmasının səbəbi mülki hava gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən tədbirlərdir.

Aytəkin TOFİQQIZI

Chosen
0
redaktor.az

1Sources