Alimlər kainatda qızılın necə əmələ gəldiyinə dair yeni ipucu tapıblar. Yeni tədqiqatlar güclü maqnit sahələrinə malik ulduz qalıqları olan maqnitarlara işarə edir.Kainatda qızıl kimi ağır elementlərin necə əmələ gəldiyi uzun müddətdir elm aləmini məşğul edən bir sualdır. Əvvəllər belə elementlərin yalnız neytron ulduzlarının toqquşması nəticəsində əmələ gəldiyi düşünülürdü. Ancaq yeni bir araşdırma maqnitar adlanan ulduzların da bu prosesə töhfə verə biləcəyini ortaya qoyub.Kolumbiya Universitetinin tədqiqatçıları 2004-cü ildə müşahidə edilən nəhəng maqnit partlayışının qeydlərini araşdırıblar. O zaman tam müəyyən edilməmiş qamma-şüa siqnalı, elm adamlarının hazırladığı nəzəri modellə demək olar ki, tam uyğun gəlirdi. Bu siqnalın ağır elementlərin əmələ gəlməsinin izi olduğu düşünülür.Maqnitar nədir?Maqnitarlar fövqəlnovalardan sonra əmələ gələn və çox güclü maqnit sahələrinə malik olan neytron ulduzların xüsusi növləridir. Bir çay qaşığı maqnitar material yer kürəsində təxminən 1 milyard ton ağırlığındadı. Onların səthində zaman-zaman “ulduz titrəməsi” baş verir və bu hadisələr zamanı böyük miqdarda enerji ayrılır.Tədqiqatçılar bu nəhəng partlayışların ulduzun qabığından maddəni partlatdığını və uyğun şəraitdə bu maddənin qızıl kimi elementlərə çevrilə biləcəyini düşünürlər. Amma proses hələ də tam başa düşülməyib. Partlayışlardan gələn radiasiyanın qızıl və ya digər metalların əmələ gəlməsinə səbəb olub-olmadığı bəlli deyil.NASA-nın 2027-ci ildə işə salmağı planlaşdırdığı COSI (Compton Spectrometer and Imager) teleskopu belə nəhəng maqnit partlayışlarını tədqiq edəcək. Bununla da qızılın və digər ağır elementlərin mənşəyi haqqında daha dəqiq məlumat əldə etmək olar.Tədqiqatları kənardan şərh edən ekspertlər vurğulayırlar ki, əldə olunan məlumatlar ümidverici olsa da, hələlik qəti sübut təqdim etmir. Maqnitarların mürəkkəb quruluşuna görə hər partlayış qızıl əmələ gətirə bilməz.