Ukraynada gərgin döyüşlər davam edir. Rusiya mediasının yaydığı məlumata görə, döyüşlərdə həlledici rol oynayan ABŞ istehsalı olan HIMARS reaktiv raket sistemi (MLRS) məhv edilib. Qeyd edilib ki, əməliyyat Xerson vilayətində aparılıb
Görüntüləri “İznanka” Telegram kanalı yayıb. İki HIMARS reaktiv raket sisteminin (MLRS) məhv edilməsi prosesini əks etdirən videoda əvvəlcə ukraynalılar bu güclü silahdan Rusiya mövqeləri istiqamətinə iki raket buraxırlar. Daha sonra isə kəşfiyyat PUA-ları onların sığındığı anqarı aşkarlayaraq buranı təxminən 100 metr radiusu məhv edə bilən bomba ilə vururlar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural