EN

Putin: Nəvələrim Kremlə sərbəst girə bilər, lakin…

Nəvələrim sərbəst şəkildə Kremlə gələ bilərlər, lakin onlar səfərləri barədə əvvəlcədən xəbərdarlıq etməyə çalışırlar.

Ölkə.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin bunu VGTRK-yə müsahibəsində deyib.

“Məni əvvəlcədən xəbərdar etməyə çalışırlar, soruşurlar ki, nə vaxt onları görmək üçün hansısa “pəncərə” olacaq”, - Putin qeyd edib.

Zarubin Rusiya prezidentinin nəvələrinə qarşı sərt olub-olmadığını soruşduqda o, mənfi cavab verib.

2017-ci ildə canlı yayımda Putin ikinci dəfə baba olduğunu bildirib. O, ehtiyat etdiyindən nəvələrinin adını çəkməsə də, qızları ilə fəxr etdiyini, nəvələri ilə keçirdiyi nadir görüşlərdən şikayətləndiyini bildirib. 

Mürtəza
Ölkə.az

Chosen
0
olke.az

1Sources