Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, müsabiqənin vakansiya seçiminin sonuncu günü iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid etmək istəyərkən “sürpriz”lə qarşılaşıblar. Belə ki, vakansiya seçiminə buraxılan müəllimlər bazar günü saat 17.00-dan sonra www.miq.edu.az/yerdeyishme saytında şəxsi səhifələtinə daxil ola bilməyiblər.
Nəticədə onlarla müəllim elektron ərizəsini təsdiqləyə bilməyib. Müəllimlər problem barədə sosial şəbəkələrdə məlumat versələr də, sistemə cavabdeh qurumlardan səs-soraq çıxmayıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin sosial şəbəkə hesabına edilən çoxsaylı müraciətlər də cavabsız qalıb.
Problem hələ ki həllini tapmayıb.
Müsabiqə üzrə vakansiya seçimi isə bu gün - 5 may saat 13:00-da başa çatacaq.
10Sources
-
ictimairey.azMüəllimlərin müsabiqəsindəki problem həll olundu ( 16993499)
-
moderator.azMüəllimlərin müsabiqəsindəki problem həll olundu ( 16993337)
-
azia.azMüəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ZAMANI SİSTEM ÇÖKDÜ-TƏCİLİ ( 16989692)
-
konkret.azMüəllimlərin müsabiqəsindəki problem həll olundu ( 16985795)
-
milli.azMüəllimlərin müsabiqəsindəki problem həll olundu ( 16985024)
-
xezerxeber.azMüəllimlərin müsabiqəsində problem: sistem çökdü ( 16980461)
-
hurriyyet.azMüəllimlərin müsabiqəsində problem: sistem çökdü ( 16980389)
-
modern.azMüəllimlərin müsabiqəsindəki problem həll olundu ( 16980419)
-
demokrat.azMüəllimlərin müsabiqəsində problem: Sistem çökdü ( 16980083)
-
manset.azMüəllimlərin müsabiqəsində problem - Sistem çökdü ( 16978982)