EN

Xaçmazda qəzada xəsarət alanlardan biri ölüb

Xaçmazda qəzada yaralanan şəxslərdən biri xəstəxanada ölüb.

Xezerxeber.az xəbər verir ki, "Toyota" markalı avtomaşının sürücüsü, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğlu Həsənbəyovun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daewoo Nexia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
0
1
xezerxeber.az

6Sources