EN

İrana xəbərdarlıq: Bütün variantlar masadadır

BAKI, 5 may. TELEQRAF

Tehran-Vaşinqton danışıqlarının dördüncü raundunun vaxtı qeyri-müəyyən olaraq qalarkən, ABŞ Prezidenti Donald Tramp dünən İranın nüvə proqramını tamamilə ləğv etmək istədiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus “Fox News”a müsahibəsində Trampın İranın nüvə silahına sahib olmasını istəmədiyi fikrini təkrarlayıb.

Həmçinin o qeyd edib ki, ABŞ Prezidenti Tehranla münasibətlərə dair yeni ideyalar eşitmək istəyir və sazişin daimi olmasına çalışır.

Bryus vurğulayıb ki, İran hakimiyyəti sonda Trampın nüvə proqramını ləğv etmək məqsədi daşıyan mövqeyi ilə razılaşmağa məcbur olacaq.

“ABŞ Prezidenti artıq İranı danışıqlar masası arxasında oturmağa razı salmağa nail olub və o, qarşıdurmadan daha çox həllə nail olmaq üçün diplomatiyanın uğur qazanmasını istəyir”.

Dövlət Departamentinin sözçüsü Trampın İran və ya başqaları ilə münasibətdə heç bir variantdan əl çəkmədiyini də qeyd edib.

Chosen
0
2
teleqraf.com

3Sources