EN

Qubada avtomobil yolun kənarındakı maneəyə çırpıldı - Ölən var

Qubada avtomobil idarətmədən çıxaraq yolun kənarındakı mənaeyə dəyib, sürücü xəsarət alıb, sərnişin ölüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 4-ü saat 00:00 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü İbrahimov Heydər Telman oğlu idarə etdiyi "Land Cruiser" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində avtomobili yolun kənarında olan meneəyə dəyib və nəticədə sürücü "açıq kəllə beyin travması sol körpücük sümüyünün sınığı" xəsarətləri alıb, avtomaşında sərnişin qismində olan Beylaqan rayon sakini 2000-ci il təvəllüdlü Yusifli Yusif Cabir oğlu hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Quba RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Chosen
0
1
day.az

2Sources