
Ötən gün Türkiyə Superliqasının 32-ci turu çərçivəsində “Fənərbağça” doğma meydanında “Beşiktaş”la qarşılaşıb və minimal hesabla məğlub olub – 0:1.
Yeniavaz.com xəbər verir ki, görüşdən sonra “Sarı-lacivərtlilər”in baş məşqçisi Joze Mourinyonun dedikləri müzakirələrə səbəb olub.
“Düşünürəm ki, bu liqanın nəticəsi hələ liqa başlamazdan əvvəl müəyyənləşmişdi. Təbii ki, riyazi olaraq öz meydanımızda son matçlarda itirdiyimiz xallar yekun qərar baxımından həlledici idi, lakin qeyd etdiyim kimi, bu liqanın sonu hələ başlamamış müəyyənləşmişdi”, - Mourinyo bildirib.
Qeyd edək ki, görüşdə yeganə qolu 44-cü dəqiqədə Gedson Fernandeş vurub.