Qoç (21 Mart – 19 Aprel)
Gün: Öz potensialını kəşf et
Bu gün daxili enerjin artacaq. İnadkarlığın sənə yeni qapılar aça bilər. Əgər uzun müddətdir başlamağa cəsarət etmədiyin bir planın varsa, bu gün ilk addımı at!
Buğa (20 Aprel – 20 May)
Gün: Dəyərlərinə sahib çıx
Ətrafındakı insanlar sənin sabit enerjinə ehtiyac duyur. Bu gün pul və münasibətlər sahəsində vacib qərarlar verə bilərsən.
Əkizlər (21 May – 20 İyun)
Gün: Fikirlər gücə çevrilir
İdeyalarınla ətrafını heyran buraxa bilərsən. Sosial şəbəkədə paylaşacağın bir fikir çoxlarını cəlb edə bilər.
Xərçəng (21 İyun – 22 İyul)
Gün: Hisslərinə qulaq as
Daxili səsini dinləmək üçün mükəmməl zamandır. Bu gün ailə və yaxınlarla bağlı gözlənilməz, lakin xoş xəbərlər ala bilərsən.
Şir (23 İyul – 22 Avqust)
Gün: Səhnəyə çıxma vaxtıdır
Sənin günündür! İstədiyin diqqəti əldə edə bilərsən. Liderlik xüsusiyyətlərin ön plana çıxacaq.
Dəniz Pənahova
Tribunainfo.az