EN

Diş əti çəkilirsə, sümüklər də əriyir! Mütəxəssisdən ciddi xəbərdarlıq

Diş əti çəkilirsə, sümüklər də əriyir!

Periodontoloq Dr. Instr. Üzv Kübra Gülər diş əti çəkilməsinin səbəbləri, əlamətləri və müalicəsi barədə ətraflı məlumat verib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, diş dibində sarılıq müşahidə edilirsə, bu artıq diş əti çəkilməsinin xəbərçisi ola bilər. Bu problem adətən diş daşlarının yığılması ilə əlaqəlidir. “Ağızda ‘frenulum’ adlanan əzələ birləşmələri var. Bu əzələlər dişlərə yaxın yerləşdiyindən dodaq hərəkətləri zamanı diş ətinin geri çəkilməsinə səbəb ola bilər”, – deyə Gülər izah edir.

Belə hallarda həmin əzələnin cərrahi yolla – frenektomiya əməliyyatı ilə götürülməsi lazım gəlir. Həmçinin, dırnaqla diş ətini geri itələmək, qələm və ya açar zənciri kimi əşyaları ağza salmaq, kobud şəkildə diş fırçalamaq da diş əti çəkilməsinə səbəb ola bilər. Normalda dişin görünən hissəsi ağ olur, kök isə sarıdır. Diş ətinin çəkilməsi nəticəsində bu sarılıq üzə çıxır və rəng fərqi ilə müşahidə edilə bilir.

Sümük itkisi də müşahidə olunur

Dr. Kübra Gülər vurğulayır ki, yalnız diş əti deyil, onun altındakı sümük də geri çəkilir və əriməyə başlayır. “Saqqızla sümük arasında normalda müəyyən bir məsafə olur. Diş əti çəkiləndə sümük də eyni prosesə məruz qalır. Alveolit adlanan sümüklərdə ərimə baş verdikdə, dişlər tərpənməyə başlayır. Bu zaman dişin çəkilməsi zərurəti yaranır”, – deyə o bildirib. Üzə çıxan diş kökü emaye qədər hamar olmadığından asanlıqla bakteriya toplayır və bu da çürüməyə səbəb olur.

Hər xəstədə bərpa mümkün olmaya bilər

Diş daşlarının yığılmasının qarşısını almaq üçün ildə iki dəfə peşəkar təmizlik məsləhət görülür. Əgər diş əti çəkilməsi ilə yanaşı ağızda digər problemlər – frenulum və ya travmatik davranışlar varsa, bunlara da müdaxilə olunmalıdır. Dr. Gülərin sözlərinə görə, diş ətini əvvəlki vəziyyətinə qaytarmaq hər pasiyent üçün mümkün deyil. Lakin ağız içi uyğunluq olduqda, damaqdan alınan toxuma ilə cərrahi müdaxilə aparılaraq diş ətinin yenidən formalaşdırılması mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
0
e-saglam.az

1Sources