Zaqatalada ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Xezerxeber.az-ın xəbərinə görə, hadisə Muğanlı kəndində qeydə alınıb.
Kənd sakini 40 yaşlı Elsevər Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma başlanılıb.