Demokrat.az APA-ya istinadən məlumat verir ki, hadisə mayın 4-dən 5-nə keçən gecə Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişindən keçən hissəsində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü, Zaqatala rayonu Muğanlı kənd sakini Elsevər Mahmud oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü E. Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və o, sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
E. Məmmədovun meyiti hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
10Sources
-
ikisahil.azBakıda iki maşın toqquşub, ölən var ( 17769887)
-
metbuat.azBakıda ağır qəza - ( 17768261)
-
busaat.azBakıda iki maşın toqquşdu – ölən var ( 17767976)
-
bakivaxti.azBakıda iki maşın toqquşdu - ölən var ( 17767712)
-
apa.azBakıda iki maşın toqquşub, ölən var ( 17767313)
-
modern.azBakıda iki maşın toqquşdu - Ölən var ( 17768036)
-
unikal.azBakıda mənzildə meyit tapıldı ( 17549111)
-
news24.azAzərbaycanda ağır qəza - Ölənlər var ( 17390924)
-
metbuat.azŞabranda dəhşətli qəza - ( 17395664)
-
qafqazinfo.azŞabranda ağır qəza - İki nəfər öldü + Video ( 17393981)