EN

Yağış sularının idarəolunması: Araşdıma sənədi hazırlanacaq

Yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi ilə bağlı  müvafiq beynəlxalq təcrübəni əks etdirən araşdıma sənədi hazırlanacaq.

QHT.az xəbər verir ki, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda hidrotəhlükəsizlik çağırışları” layihəsinin icrasına başlayıb. Layihənin əsas  məqsədi Ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmə sisteminin qurulmasıdır. 

Layihə5 ay ərzində icra ediləəcək. Bu müddət ərzində Qazax və Tovuz alı təhsil və peşə təhsili müəssisələrində ölkənin müxtəlif regionlarından təhsil alan gənclər üçün iqlim dəyişikliyi, COP29 nəticələri, sudan səmərəli istifadə mövzularında maarifləndirmə təşkil ediləcək. Ümumilikdə 6 belə maarifləndirmə tədbirinin keçirilməsi planlaşdırılıb. Suyun tükənən resurs olduğu, Daha davamlı su idarəçiliyi təcrübələrini yaratmaq üçün su ehtiyatlarının effektiv və hərtərəfli idarə edilməsi ilə bağlı Ekspert qrupu tərəfindən araşdırma aparılacaq. Nəticə etibarı ilə “Yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsinə dəstək” adlı araşdırma sənədi hazırlanacaq. Hazırlanmış hesabatda öz əksini tapmış yağış sularının istifadəsi üzrə qabaqcıl modellərin geniş kütlə üçün təşviq edilməsi üçün jurnalistlər tərəfindən  5 məqalə müxtəlif xəbər saytlarında yayımlanacaq.

Layihə nəticəsi olaraq davranışda insanlar texniki su kimi yağış suyundan istifadəyə təkan vermiş olacaq.  Təcrübə olaraq müvafiq olaraq su istifadəsi üzrə illik göstəricilər azalmağa doğru gedəcək.

 

The

             

10

Chosen
0
qht.az

1Sources