EN

ABŞ-da miqrantların zorla deportasiyası xaos və pozuntulara səbəb olub

Donald Tramp administrasiyası Venesuelalı miqrantları deportasiya etmək üçün 18-ci əsr qanunundan istifadə etməyə o qədər can atırdı ki, ölkədən kimin göndərilməli olduğu ilə bağlı çaşqınlıq yaranıb və bağlı hava limanına təyyarə göndərilib. Washington Post (WP) Amerika hakimiyyətinin total xaos və tələskənliyi haqqında məlumat yayıb.

Qəzetin yazdığına görə, martın 13-də ABŞ dövlət katibi Marko Rubio Salvador Xarici İşlər Nazirliyinə yazıb ki, Amerika hakimiyyəti yaxın 24 saat ərzində 500-ə yaxın venesuelalı cinayətkarı Salvadorun “meqa həbsxanasına” göndərmək niyyətindədir. WP-nin araşdırmasına görə, hakimiyyət o qədər tələsdi ki, Trampın ölkədə yaşayan düşmən vətəndaşları haqqında qanunun icrasını elan etdiyi gün miqrantları evlərindən götürdülər. Həmin gün göyərtəsində 260-dan çox miqrantın olduğu təyyarə ABŞ-dan havaya qalxıb.

Nəşrin məlumatına görə, deportasiya edilənlərin çoxu ABŞ-a qanuni yolla daxil olub. El Salvadora göndərilənlərdən ən azı ikisinə daha əvvəl ABŞ səlahiyyətliləri tərəfindən qaçqın kimi Birləşmiş Ştatlarda məskunlaşmaq icazəsi verilmişdi. Ən azı dörd nəfər Bayden administrasiyası tərəfindən Venesueladakı humanitar böhrandan qaçan miqrantlara verilən deportasiya statusundan müvəqqəti qorunurdu. Digərləri Venesuela müxalifətinin fəal üzvləri olub və sığınacaq üçün müraciət ediblər.

Dairə məhkəməsi cənab Trampın venesuelalı miqrantların deportasiyasını 14 gün müddətinə dayandıran sərəncamını bloklayanda, miqrantları daşıyan təyyarə artıq beynəlxalq suların üzərində idi. Lakin adanın hava limanı gecə bağlı olduğundan o, El Salvadora enə bilməyib. WP yazır ki, təyyarə nəhayət Hondurasda eniş etdi və orada dörd saat Salvador hava limanının açılmasını gözləyib.

Əziz Mustafa, Oxuməni.az

Chosen
0
oxumeni.az

1Sources