Məşhur kino ulduzu Nikolas Keyc "Sörfçü" psixoloji trillerinin çəkilişləri zamanı ölümlə üz-üzə qaldığını açıqlayıb.
Moderator.az xəbər verir ki, aktyor bu barədə "Entertainment Weekly" nəşrinə verdiyi müsahibədə danışıb.
"Bizdə müxtəlif çətinliklər var idi - hava şəraiti, köpəkbalıqları haqqında xəbərlər və digər problemlər. Mən sörfinqi öyrənməyə çalışırdım, amma hər dəfə dalğalar məni yıxırdı. Sanşet-Biçdə idim. İnstruktor mənə qısa lövhə verəndə dedim ki, yox, mən uzun lövhə istəyirəm", - ekran ulduzu bildirib.
Keycin sözlərinə görə, hətta uzun lövhə ilə də dalğalar ona qalib gəlib. Dalğalar aktyoru sürükləyib və o əks axına düşüb. Sahildəki sörfçülər lövhənin yalnız bir küncünü - "məzar daşı" adlandırdıqları hissəsini görüblər.
"Mən təhlükəsizlik kəndiri ilə filmə çəkilirdim, lakin dalğalar məni yıxırdı, mən həlak ola bilərdim. Hazırda kiçik uşağım var və ölmək istəyimdən əmin deyiləm", - deyə Keyc əlavə edib.