EN

"Neftçi"ni təkrar uddular

Azərbaycan Basketbol Liqasının final seriyasının ikinci matçında da "Sabah" “Neftçi”ni məğlub edib.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanın 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasının ilk matçında da "Sabah" "Neftçi"ni üstələmişdi - 94:89.

Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.

Chosen
0
22
sportinfo.az

10Sources