Formula 1-də mövsümün 6-cı qran-prisi başa çatıb.
Offsideplus.az xəbər verir ki, son iki yarışın qalibi olan Oskar Piastri seriyasını üçə çıxardıb. "Maklaren"in pilotu 14-cü turda Maks Ferstappeni keçərək liderliyi alıb və bir daha heç kimə verməyib.
2-ci yeri onun komanda yoldaşı Lando Norris tutub. Podiumu "Mersedes"dən Corc Rassell tamamlayıb.
Çempionata 131 xalla Piastri başçılıq edir. O, ən yaxın rəqibi Norrisi 16, Ferstappeni isə 32 xal qabaqlayır.
Növbəti yarış iki həftə sonra İtaliyada baş tutacaq.