Bakı. Trend:
“Sea Breeze Event Hall”un əsas səhnəsində üç gün davam edənzəngin proqramdan sonra mayın 4-də “Nine Senses Fest”in bağlanışmərasimi keçirilib.
Trend xəbər verirki, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses”İncəsənət Mərkəzinin təsisçisi, Azərbaycan Yoqa Federasiyasınınprezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Bağlanış mərasimi çərçivəsində müğənni Çingiz Mustafayev“Healing Evening” proqramı ilə çıxış edib.
Konsertdən sonra “Vibrosoundlab” komandası yekun “EcstaticDance”ı təqdim edib.
Beləliklə, yüzdən çox tədbiri - yoqa, meditasiya sessiyaları,ənənəvi təbabət, art-terapiya üzrə mühazirələri, həmçinin musiqi vərəqs qruplarının çıxışlarını əhatə edən üçgünlük proqrama yekunvurulub.
Xatırladaq ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti,“Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan YoqaFederasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi iləkeçirilib.