EN

Basqın hallarında görüləcək TƏDBİRLƏR

Müşayiət dəstəsinə basqın baş verdikdə xüsusi tədbirlər həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Basqın zamanı tutulmuş şəxslərin hərəkətləri dayandırılır və ya sürətləndirilir. Onlar ehtiyat marşrutlara yönləndirilir və etibarlı şəkildə təcrid olunur. Basqın barədə polis orqanlarına təcili məlumat verilir. Basqını dəf etmək üçün müşayiətçilər müvafiq plan əsasında hərəkət edir. Müşayiət olunanların təhlükəsizliyi əsas prioritetdir. Zərurət yarandıqda odlu silahdan istifadə edilir. Basqında iştirak edən şəxslər həbs edilərək qandallanır.

 

Chosen
0
heftelik.az

1Sources