EN

Ağstafa rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb

Ağstafa rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Bakı – Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində minik avtomobilləri toqquşub.

Qəza nəticəsində M. Əlizadə (1998), G. Məmmədova (1970), V. Abbasov (1977), N. Məmmədov (1989), R. Əfəndiyev (1997) yaralanıblar. Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Chosen
0
10
demokrat.az

10Sources