EN

Ərkivanda “Göycə” yetişdirilir - MASALLIDA

Ərkivanda “Göycə” yetişdirilir - MASALLIDA

 

Göycə alçası qədim zamanlardan bəri yalnız Naxçıvanda becərilib. Lakin son illər respublikamızın digər regionlarında da yetişdirilir.
Masallı rayonunun Ərkivan qəsəbə sakini İsrail Nəzərov 15 ildir ki, həyətyanı sahəsində "Göycə" bağı salıb. İlk dəfə ana tingləri Naxçıvandan gətirib. Sonradan calaq üsulu ilə ağacların sayını artırıb. Bağda 250 ağacın hər biri damla üsulu ilə suvarılır.
Təsərrüfat sahibi deyir ki, ilk dörd il bağa yalnız aqrotexniki qulluq göstərib. 10 ildən artıqdır ki, ağaclar meyvə verir. 
Bağban tingçiliklə də məşğuldur. Həyətində müxtəlif növ ağaclar var - naringi, gilas, ərik, gavalı, badam, xar, şah və yapon tutu…
İsrailin mərhum atası Səttar kişi də ötən əsrin 70-ci illərində bağçılıqla məşğul olub. Ərkivanda ilk dəfə naringi bağını o salıb. 
60 yaşlı bağ sahibi bildirdi ki, əmim oğlu Oruc da həyətindəki bağında “Göycə” yetişdirir. May ayının ortalarında nübar meyvə dərişinə başlanacaq. Mövsüm boyu yığım bir neçə mərhələdə aparılır. Bu dadlı və sulu meyvəyə tələbat var, bazarda qiyməti də qanedicidir, məhsulun satışından qənaətbəxş gəlir əldə edirik. 

 

Akif AĞAYEV, 

foto: Elsevər Əliyev, Faiq Mirzə 


 

Chosen
0
qht.az

1Sources