EN

Trampı hələ belə GÖRMƏMİŞDİNİZ – Ağ Evdən İLGİNC PAYLAŞIM (FOTO)

ABŞ prezidenti Donald Trampın “Ulduz müharibələri” filmindən Jedi obrazında fotosu Ağ Evin rəsmi sosial media hesabında paylaşılıb.

KONKRET.az xəbər verir ki, Paylaşımda 4 may – beynəlxalq “Ulduz müharibələri günü” münasibətilə təbrik mesajı yer alıb.

Mesajda qeyd olunur:

“Hamınıza – hətta Qalaktikamıza Sith lordlarını, qatilləri, narkobaronları, təhlükəli məhkumları və MS-13 dəstəsinin tanınmış üzvlərini geri qaytarmaq uğrunda inadla çalışan solçu dəli azlığa da – xoşbəxt 4 may arzu edirik!”

Qeyd edək ki, “May the 4th be with you” (May ayının 4-ü qüvvənizlə olsun) ifadəsinin səslənməsi “May the Force be with you” (“Qüvvə səninlə olsun”) replikasına bənzədiyi üçün, bu gün “Ulduz müharibələri” fanatları tərəfindən qeyri-rəsmi bayram kimi qeyd olunur.

Paylaşım ABŞ ictimaiyyətində və mediada geniş rezonans doğurub, bəzi tənqidçilər bunu siyasi mesaj kimi qiymətləndiriblər.

Natiq SƏLİM,
KONKRET.az

Chosen
0
konkret.az

1Sources