EN

"Neftçi" azlıqda "Kəpəz"lə heç-heçə etdi

BAKI, 4 may. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXXIII turun son oyununda “Neftçi” və “Kəpəz” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Neftçi Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Rauf Cabarovun idarə etdiyi görüşdə ilk qolu 24-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleks Fernandes vurub.

Qonaqların oyunçusu Luis Paçu 50-ci dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. 62-ci dəqiqədə isə “sarı-göylər”in üzvü Camal Cəfərov fərqlənərək komandasını hesabda önə çıxarıb.

Matçın 70-ci dəqiqəsində “ağ-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov ikinci sarı vərəqə, yəni “qırmızı”ya görə meydandan qovulub.

Azlıqda qalmasına rəğmən, "Neftçi" bərabərlik qolunu vurub. 90+6-cı dəqiqədə təyin olunmuş penaltini Emin Mahmudov dəqiq yerinə yetirib.

Bu nəticədən sonra Azər Bağırovun komandası xallarını 29-a çatdıraraq turnir cədvəlində 9-cu pillədə qalıb. Samir Abasovun kollektivi isə 37 xalla yenidən 6-cı pilləyə qayıdıb.

Qeyd edək ki, günün ilk matçında “Qarabağ” evdə “Sumaayıt”ı 2:0 hesabı ilə məğlub edib. Turun digər oyunlarına gəldikdə, “Zirə” evdə “Turan Tovuz”u məğlub edib - 1:0. “Şamaxı” “Səbail”lə, “Sabah” isə “Araz-Naxçıvan”l heç-heçə edib - 1:1.

Chosen
0
teleqraf.com

1Sources