Türkiyəli aktyor Necip Naşit Özcan 68 yaşında vəfat edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.Fevralın 27-də beyin qansızması keçirən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.O, “Yeşilçam”da unudulmaz rolları ilə yadda qalan Adile Naşitin qardaşı oğlu idi.