EN

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı 2 cavabsız qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Bakıda baş tutub.

Artıq çempionluğu təmin etmiş “Qarabağ” bu turda “Sumqayıt”ı qəbul edib. “Azərsun Arena”da keçirilmiş oyunu Cavid Cəlilov idarə edib. Ağdam təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Premyer Liqa
33-cü tur
4 may

“Qarabağ” – “Sumqayıt” 2:0
Qollar: Yassin Benzya, 59. Kadi Borges, 82.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 18:00

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 26. Amin Rzayev, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 23. Ronaldo Vaskez, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 24. Sənan Muradlı, 64. Kənan Feyziev, 19. Roi Kehat, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Chosen
0
1
arena.az

2Sources