EN

Üç uşağından ikisini öldürüb, birini yaralayıbmış

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ edilən hücumla bağlı yeni detallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, Özəl TBMM-in sədr müavini və DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndərin vəfatı ilə bağlı təşkil edilən tədbirdən çıxarkən zorakılığa uğrayıb.

İlkin məlumata görə, hücumda təqsirləndirilən 66 yaşlı Səlcuq.T-nin psixi sağlamlıqla bağlı heç problemi olmayıb.

Dindirilmə zamanı şübhəlinin 2004-cü il mayın 9-da 15 yaşlı qızı ilə 17 yaşlı oğlunu qətlə yetirdiyi, 11 yaşındakı digər qızını yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edildiyi müəyyən edilib.

Chosen
0
6
publika.az

7Sources