EN

Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazırlaşmır

ABŞ prezidenti Donald Tramp bildirib ki, üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə Tramp NBC News telekanalına müsahibəsində bildirib.

“Mən ümumilikdə səkkiz il, iki müddət prezident olacağam. Həmişə bunun çox vacib olduğunu düşünmüşəm”, – o deyib.

O əlavə edib ki, tərəfdarları onu gələcəkdə üçüncü dəfə prezident seçkilərində iştirak etməyə daim razı salmağa çalışırlar, Lakin o, belə bir planının olmadığını vurğulayıb. “Bir çoxları üzərində “Tramp 2028” yazılmış papaqlar satır. Amma mən belə bir şey etməyəcəyəm. Mən dörd il ərzində möhtəşəm işləyəcəyəm və bunu başqasına – ideal halda, əla bir respublikaçıya təhvil verəcəyəm”, – deyə Tramp qeyd edib.

Chosen
0
2
demokrat.az

10Sources