Ozancan Kökçü Finlandiyanın HİK klubundan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, 27 yaşlı futbolçu öz istəyi ilə komandadan gedib. Onun 2026-cı ilin iyununa qədər olan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Ozancan 2024-cü ilin yayında Niderlandın “Eyndhoven” klubundan transfer edilmişdi. O, HİK-in heyətində ümumilikdə 36 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.