EN

Uğurun gizli sirri: Alimlər biznesmenlərin ortaq xüsusiyyətini açıqladı

Alimlərin fikrincə Stiv Cobs, Bill Geyts və Mark Zukerberq kimi dünya şöhrətli biznesmenlərin uğurlarının arxasında güclü liderlik və ya vizyon deyil, tamam başqa bir ortaq xüsusiyyət dayanır.

Tribunainfo.az xəbər verir ki, dünyanın ən uğurlu iş adamlarından olan bu üç milyarderin yalnız texnologiyaya yön vermələri deyil, eyni zamanda solaxay olmaları onların ortaq cəhətlərindəndir.

“Donald G. Kostello Biznes Fakültəsi”nin tədqiqatçıları solaxaylıq ilə CEO uğuru arasında güclü bir əlaqə tapdıqlarını açıqlayıblar. Tədqiqat zamanı 472 şirkətdə çalışan 1008 CEO-nun əl üstünlüyü təhlil edilib. Onların yazmaq, atmaq, yemək yemək kimi fəaliyyətlərdə hansı əllərindən istifadə etdiklərini müəyyən etmək üçün video və fotolar araşdırılıb. Nəticələrə görə CEO-ların 7,9%-i solaxay, 91,4%-i sağaxay, 0,7%-i isə hər iki əldən istifadə edən olub.

Solaxay CEO-ların idarə etdiyi şirkətlər daha yaradıcıdır

Araşdırmanın nəticələrinə görə, solaxay CEO-ların rəhbərlik etdiyi firmalar daha çox orijinal patentə, innovativ nəticələrə və yüksək aktiv gəlirliliyinə sahibdir. Bu şirkətlərin “al-saxla” strategiyasında da daha yüksək gəlirlər əldə etdiyi qeyd olunub.

Bu nəticələr solaxaylıqla əvvəllər əlaqələndirilən bəzi üstünlükləri də təsdiqləyir. Məsələn, əvvəlki araşdırmalarda solaxay insanların daha yüksək şifahi bacarıqlara və sürətli refleks tələb edən idman növlərində daha yaxşı performansa sahib olduğu göstərilmişdi. Ancaq bu, solaxaylıq ilə iş dünyasındakı uğur arasında qurulan ilk konkret elmi bağlardan biri hesab olunur.

“Nəzərə alınmalı bir faktor ola bilər”

Bill Geyts 2013-cü ildə verdiyi bir müsahibədə “Solaxaylıq ilə istedad arasında bir fərqlilik ola bilər, amma bu heç vaxt tam izah olunmayıb” demişdi. Yeni tədqiqat isə bu əlaqəyə elmi əsas təqdim edir.

Üstəlik, yalnız bu üç texnologiya nəhəngi deyil, Stiv Forbes, Opra Vinfri, IBM-in əfsanəvi CEO-su Lu Gerstner, Con D. Rokfeller, Henri Ford və Ratan Tata da solaxay iş liderləri sırasındadır.

Professor Park bildirib:

“İnvestorlar yenilikçi şirkətlərlə maraqlanır. Solaxaylıq bu baxımdan nəzərə alınmalı bir faktor ola bilər”.

İmran Kərimli

Chosen
0
tribunainfo.az

1Sources