Ötən gecə Rusiya dronlarının hücumu nəticəsində Kiyevdə yaralananların sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"Kiyevdə yaralıların sayı 2-si uşaq olmaqla 11 nəfərə çatıb", - deyə məlumatda bildirilib.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, mayın 4-ə keçən gecə Rusiya Ukrayna ərazisinə ümumilikdə 165 zərbə dronu ilə hücum edib. Hava hücumu nəticəsində Kiyev, Xarkov, Dnepropetrovsk, Çerkassı vilayətləri ziyan görüb.