EN

Kevin De Bröyne gələcəyi ilə bağlı sualı cavabladı

“Mançester Siti”nin 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçisi və kapitanı Kevin De Bröyne gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az məlumat verir ki, veteran futbolçu karyerasını harada davam etdirəcəyi ilə bağlı hələ də müəyyənlik hasil etmədiyini etiraf edib:

“Təəssüf ki, mən bunu bilmirəm. Düşünürəm ki, oynamağa davam edə biləcəyimi sübut etmişəm, əks halda son ay ərzində nümayiş etdirib ortaya qoyduqlarımı edə bilməzdim”, – nüfuzlu italyan jurnalist-insyder Fabritsio Romano De Bröynedən sitat gətirir.

Xatırladaq ki, cari mövsümün başa çatması ilə De Bröyne azad agent qismində şəhərlilərin düşərgəsini tərk edəcək. Müvafiq qərarı klub rəhbərliyi verib. Bu məqam De Bröynenin özü üçün də gözləilməz olub, belə ki, belçikalı futbolçu hələ də yüksək səviyyədə oynamağa qadir olduğuna əmin idi və yeni müqaviləyə ümid edirdi.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 418 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
17
arena.az

10Sources