EN

Dünyanın ən ağıllı ölkələri açıqlandı: Azərbaycan İQ reytinqində neçəncidir?

2025-ci ilin əvvəlində açıqlanan beynəlxalq məlumatlara əsasən, dünya ölkələrinin orta IQ (intellekt əmsalı) göstəricilərində maraqlı meyillər müşahidə olunub.

Valyuta.az xəbər verir ki, bu göstəricilər, əsasən, ölkələrin təhsil imkanları, iqtisadi vəziyyəti və mədəni dəyərləri ilə bağlıdır.

2025-ci ildə dünyada ən yüksək orta IQ göstəricisinə malik olan ölkələr sırasına "Çin" (107.19), "Cənubi Koreya" (106.43), "Yaponiya" (106.40), İran (106.30), "Sinqapur" (105.14) və "Rusiya" (103.16) daxildir.

Bu nəticələr bu ölkələrdə təhsilin güclü təşkil olunması, texnologiya sahəsində irəliləyişlər və intellektual dəyərlərin mədəniyyətin ayrılmaz hissəsi olması ilə izah olunur.

Azərbaycan bu reytinqdə 98.71 bal toplayaraq 48-ci pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, əvvəlki illə müqayisədə bu göstərici 2.05 bənd artıb.

Mütəxəssislər bu artımı ölkədə təhsilin keyfiyyətinin yüksəlməsi, əhalinin maariflənməsi və intellektual fəaliyyətlərə marağın artması ilə əlaqələndirirlər.

Bölgədəki digər ölkələrin göstəriciləri də diqqətəlayiqdir:

Ermənistan – 102.64 (9-cu yer)

Gürcüstan – 100.70 (21-ci yer)

Türkiyə – 99.07 (46-cı yer)

Latviya – 98.84 (47-ci yer)

Litva – 98.67 (49-cu yer)

Digər tərəfdən, bəzi ölkələrdə orta IQ səviyyəsində azalma qeydə alınıb. Məsələn, "Cənubi Koreya"da göstərici -0.99, "Sinqapur"da -0.86, İsraildə -2.87, İrlandiyada isə -1.72 bənd aşağı düşüb. Bu geriləmələr bir sıra sosial-iqtisadi dəyişikliklər və təhsil sahəsindəki problemlərlə əlaqələndirilir.

İntellekt əmsalına təsir edən əsas amillər isə təhsilin keyfiyyəti və əlçatanlığı, yüksək həyat standartları və sosial təminat, mədəni dəyərlər və intellektual fəaliyyətlərə münasibət, genetik meyillərdir. 

Beləliklə, 2025-ci ilin məlumatları göstərir ki, IQ göstəriciləri təkcə fərdi qabiliyyətləri deyil, həm də cəmiyyətin ümumi inkişaf səviyyəsini əks etdirir.

Maya Hüseynova

Chosen
0
valyuta.az

1Sources