EN

Murat Dikmən "Naxçıvan"la vidalaşdı

"Hər son bir başlanğıcdı. İki il əvvəl başladığımız hekayənin sonuna gəldik".

"Football-plus.az" xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasnın baş məşqçisi Murat Dikmən sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Türkiyəli mütəxəssis klubla vidalaşdığını açıqlayıb:
"Gəldiyim vaxt liqada yeni yaradılan bir klub olaraq 84% qələbə ilə müntəzəm mövsümü ikinci yerdə bitirdik, çempionatda və kubokda final oynadıq, avrokuboklarda iştirak haqqı əldə etdik. Yerli oyunçuların inkişafında rolumuz oldu. Azərbaycan Basketbol Liqasında hörmət edilən və izlənilməsi zövq verən bir komanda olduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Bundan sonra "Naxçıvan" klubuna uğurlar arzulayıram".

Xatırladaq ki, "Naxçıvan" Azərbaycan Basketbol Liqasının pley-offunda "Abşeron"a uduzaraq, yarımfinaldan kənarda qalıb.
Chosen
0
2
football-plus.az

3Sources