EN

8 ÖLKƏ SÜKUTU POZDU

Neft hasilatını könüllü olaraq məhdudlaşdırmağı öhdəsinə götürən səkkiz OPEC+ ölkəsi iyun ayında neft hasilatını gündəlik 411 min barel artıracaq.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Bu, üç aylıq artıma bərabərdir. Artımlar dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər. Bu çeviklik qrupa neft bazarının sabitliyini dəstəkləməyə davam etməyə imkan verəcək", - bəyanatda deyilir.

OPEC+ bəyanatında qeyd edilib ki, bu, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Omana aiddir.

Chosen
0
1
publika.az

10Sources