EN

Tramp administrasiyası Kolorado ştatını məhkəməyə verdi

BAKI, 4 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kolorado ştatının və onun paytaxtı Denverin hakimiyyət orqanlarını məhkəməyə verib.

Teleqraf xbər verir ki, məlumatı "The New York Times" yayıb.

Yerli məmurlar qeyri-qanuni miqrantlarla mübarizəyə və onların deportasiyasiyasına mane olmaqda ittiham edilir.

İddia üzrə Kolorado ştatının federal məhkəməsinə müraciət olunub. Cavabdeh qismində ştatın qubernatoru Cared Polis və Denver meri Mayk Constonun adlarının çəkilir.

ABŞ hökuməti məhkəməyə müraciətində bildirib ki , iddia “siyasətçilərin dağıdıcı hərəkətlərinə son qoymaq və federal immiqrasiya qanununun qüvvəsini bərpa etmək” məqsədi daşıyır.

Chosen
0
teleqraf.com

1Sources