EN

Uorren Baffet "Berkshire Hathaway" şirkətinin baş direktoru vəzifəsindən istefa verəcək

Bakı. Trend:

Dünyanın ən varlı insanlarından biri olan Uorren Baffet ilinsonuna qədər "Berkshire Hathaway" şirkətinin baş direktoruvəzifəsini tərk edəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, onun yerinə şirkətin vitse-prezidentiQreq Abel gələcək.

"Düşünürəm ki, ilin sonunda Qreqin şirkətə rəhbərlik etməsininvaxtı olacaq. Mən bunu direktorlar şurasına məruzə edəcəyəm və bunu[Abellə bağlı] tövsiyəmlə müşayiət edəcəyəm, onlara bu barədədüşünməyə vaxt verəcəyəm, və bir neçə aydan sonra növbəti iclasda11 direktorun rəyinə uyğun qərar verəcəyik. Düşünürəm ki, onlarhamı yekdilliklə bu təklifi dəstəkləyəcəklər. Beləliklə, ilinsonunda Qreq Berkshire Hathaway şirkətinin baş direktoru olacaq", -deyə o bildirib.

94 yaşlı U.Baffet şirkətin işləri ilə bağlı məlumatlı olmağadavam edəcəyini və "zaman zaman ona xidmət edə biləcəyinə" ümidetdiyini bildirib.

Chosen
0
az.trend.az

1Sources