EN

Türkiyəli mütəxəssis “Naxçıvan”la vidalaşıb

"Hər son bir başlanğıcdır. İki il əvvəl başladığımız hekayənin sonuna gəldik".

Apasport.az xəbər verir ki, bunu "Naxçıvan" basketbol komandasnın baş məşqçisi Murat Dikmen sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Türkiyəli mütəxəssis klubla vidalaşdığını açıqlayıb: "Gəldiyim vaxt liqada yeni yaradılan bir klub olaraq 84% qələbə ilə müntəzəm mövsümü ikinci yerdə bitirdik, çempionatda və kubokda final oynadıq, avrokuboklarda iştirak haqqı əldə etdik. Yerli oyunçuların inkişafında rolumuz oldu. Azərbaycan Basketbol Liqasında hörmət edilən və izlənilməsi zövq verən bir komanda olduq. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Bundan sonra "Naxçıvan" klubuna uğurlar arzulayıram". 

Qeyd edək ki, "Naxçıvan" Azərbaycan Basketbol Liqasında pley-offda "Abşeron"a uduzaraq, yarımfinaldan kənarda qalıb.

Millilərimiz hazırlıqlara başlayıblar

“Sumqayıt” baş məşqçisi ilə yolları ayırdı - RƏSMİ

İtaliya millisi Bakıya gəlir

“Neftçi”nin baş məşqçisi: “Qələbəyə layiq idik”

Erhan Toker: “Qazanmaq üçün hər şey etdik”

Chosen
0
2
apasport.az

3Sources