EN

Çin yeni döyüş təyyarələri hazırlamaq üçün süni intellektdən istifadə edir

Çinin yeni nəsil döyüş təyyarələrinin tədqiqat və inkişaf prosesində "ChatGPT" və "DeepSeek"dən istifadə etdiyi bildirilir.Metbuat.az xəbər verir ki, Çin ordusunun istifadə etdiyi J-15 və J-35 döyüş təyyarələrinin dizaynını həyata keçirən Xinyang Təyyarə Layihə İnstitutunun baş konstruktoru Vanq Yonçinq Chinanews.com saytına verdiyi müsahibədə yeni nəsil döyüş təyyarəsi texnologiyalarının inkişafında süni intellektdən səmərəli istifadə etdiklərini bildirib.

Vanq süni intellektin tədqiqatçıları yorucu nəzərdən keçirmə işlərindən azad etdiyini və onlara daha kritik məsələlərə fokuslanmağa imkan verdiyini qeyd edib.

Chosen
0
8
metbuat.az

9Sources