Ajans.az xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" qəzeti xəbər verib. "Ya müharibə, ya da sülh, lakin bu gün biz ortada bir yerdəyik, təhlükənin artdığı hibrid vəziyyətdəyik", - deyə Frederik Vansina bildirib. Onun sözlərinə görə, Belçika hazırda silahları sülh zamanı rejimində, çətin və ləng dövlət bazarları vasitəsilə alır. Eyni zamanda, o, “gecə-gündüz tanklar, təyyarələr və silahların istehsal edildiyi” Rusiyanı qeyd edib. Baş Qərargah rəisi silah tədarükünü sürətləndirməkdən əlavə, limanların və rəqəmsal şəbəkələrin təhlükəsizliyinin gücləndirilməsindən də narahatdır. ©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.