EN

Gecə qida qəbulu düşündüyünüz qədər TƏHLÜKƏLİ DEYİLMİŞ - Baxır nə yeyirsiniz

Gecə saatlarında qida qəbulunun sağlamlıq problemlərinə səbəb ola biləcəyinə dair məlumatlar uzun illərdir yayılmaqdadır. Ancaq yeni məlumatlara görə, düzgün qidaları seçsəniz, nəinki yuxunu yaxşılaşdıra, həm də çəkinizə təsir edə bilərsiniz.

Bizim.Media xəbər verir ki, bununla bağlı kliniki qidalanma mütəxəssisləri araşdırma ediblər.

Nəticələrə əsasən, əgər yatmazdan əvvəl qida qəbul edirsinizsə, serotoninin ifrazını artıran və nisbətən tez həzm olunan karbohidratları seçmək daha yaxşıdır. Kliniki qidalanma mütəxəssisi Meital Levy tam taxıl tərkibli məhsullara diqqət yetirməyi məsləhət görür.

Ancaq zülallar həzm sistemini yükləyə və serotoninin sərbəst buraxılmasını azalda bilər, buna görə də onları yatmazdan əvvəl, xüsusən də çox miqdarda istehlak etməmək daha yaxşıdır.

Qeyd edilir ki, yatmazdan əvvəl həddindən artıq yemək orqanizmin bioloji saatını pozur və yuxudan oyanma vaxtını ləngidir. Gecə gec saatlarda çox miqdarda qida qəbulu yuxuya getmədə çətinlik çəkməyə, tez-tez gecə oyanmasına, erkən oyanmağa və səhər yorğunluğuna səbəb ola bilər.

Diyetoloqun fikrincə, böyüklər adətən gecə yeddi-doqquz saat yuxuya ehtiyac duyurlar. Yuxu azlığı kilo almağa səbəb olan amillərdən biridir. Fakt budur ki, istirahətin olmaması bədəndə aclıq hissi, yağ kütləsinin azalması və uzunömürlülük üçün vacib olan hormonların balanssızlığına səbəb ola bilər.

Bizim.Media

Chosen
0
1
bizim.media

2Sources