EN

İranda ildırım faciəsi: ölənlər və xəsarət alanlar var

İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması təşkilatının rəhbəri Əlireza Heydari "Tasnim" agentliyinə müsahibəsində bildirib.

 

"Rəvansar rayonunun mərkəzi Həsənabad-e Qarax kəndində ildırım vurması nəticəsində iki həmyerlimiz həlak olub, 3 nəfər isə yaralanıb. Bundan başqa, Cavanrud-Rəvansərdə daha bir nəfəri ildırım vurub".

 

Hadisə yerinə həkimlər cəlb olunub və zərərçəkənlərə lazımi köməklik göstərilib.

Chosen
0
13
sfera.az

10Sources