Bakı, 3 may, AZƏRTAC
“TEKNOFEST-2025” çərçivəsində Selçuk Bayraktar SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) startaplarının nümayiş edildiyi stendlərlə tanış olub.
BANM-dan AZƏRTAC-a bildirilib ki, ali məktəbin 6 komandası “TEKNOFEST-2025”in final mərhələsində ölkəmizi layiqincə təmsil edir. S.Bayraktar komandalarımızla görüşüb, təmsilçilərimizi salamlayıb və uğurlar arzulayıb.
“TEKNOFEST-2025” Şimali Kipr Türk Cümhuriyyətində, Lefkoşa şəhəri yaxınlığında yerləşən Ercan Hava Limanı ərazisində keçirilir. Bu ilin ikinci “TEKNOFEST” yarışı isə sentyabrda İstanbul şəhərində təşkil olunacaq.