EN

Elçin Əmirbəyov Qvatemalada görüşlər keçirib | FOTOLAR

Görüşlər çərçivəsində Azərbaycan və Qvatemala arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında iqtisadi və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Qvatemala tərəfi xüsusi olaraq kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.


Görüşlərdə həmçinin iki ölkə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb, ikitərəfli və Qoşulmama Hərəkatı və Beynəlxalq Parlamentlərarası İttifaqı kimi çoxtərəfli platformalardan istifadə imkanları nəzərdən keçirilib.


Qeyd olunanlarla yanaşı, görüşlərdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, həmçinin Azərbaycanın sülh gündəliyi çərçivəsində atdığı əməli addımlar ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə sazişin imzalanması prosesinə mane olan məlum amillər (Ermənistan konstitusiyasına lazımı dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması) qarşı tərəfin diqqətinə çatdırılıb.


Beynəlxalq ictimaiyyətin, o cümlədən Qvatemalanın, Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə və Ermənistan tərəfini tələb olunan son addımları atmağa təşviq edəcəyinə dair ümidvarlıq ifadə olunub.


Qvatemala tərəfi beynəlxalq hüququn, münaqişələrin və mübahisələrin sülh yolu ilə həllinin müdafiəçisi olduğunu, bu xüsusda Azərbaycanın sülh gündəliyinivə təşəbbüslərini birmənalı şəkildə dəstəklədiklərini qeyd edib, sazişin imzalanmasına əngəl yaradan maneələrin, Ermənistan tərəfindən aradan qaldırılacağına ümidvarlıq ifadə edib. Azərbaycanın bu prosesdə çox maraqlı bir siyasi və diplomatik yanaşma sərgilədiyi, və güclü xarici siyasət və iqtisadiyyata malik olan Azərbaycanın digər ölkələr üçün nümunə olduğu diqqətə çatdırılıb.
Chosen
0
8
azvision.az

10Sources